U-17: Azərbaycan millisinin UEFA Millətlər Liqası üçün heyəti

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamızın UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün açıqlanmış heyətində 20 futbolçu yer alıb. Baş məşqçi Nərgiz Qurbanova heyətə bu oyunçuları daxil edib:

  1. Bayramova Firuzə – Dinamo Balakən
  2. Ağalıyeva Nərgiz – Baku Sportinq
  3. Abdullayeva Pərişan – Baku Juniors İdman Klubu
  4. Nəzərli Məsumə – Neftçi
  5. Əlipaşayeva Vahidə – İnter Xacmaz
  6. Novruzova Aygün – Sabah
  7. Əliyeva Ləman – UGİM Naftalan
  8. Cəfərova Arzu – Baku Sportinq
  9. İslamova Ülviyyə – İnter Xacmaz
  10. Əsədova Xanım – Sabah
  11. Ağalıyeva Arzu – Baku Sporting
  12. Mövludova Bədriyyə – İnter Xacmaz
  13. Ağayeva Adelina – Sabah
  14. Əsədova Səma – Gömrükçü
  15. Əmirova Ella – Baku Sportinq
  16. Məmmədovə Natella – Baku Sportinq
  17. Sultanlı Günay – Sabah
  18. Curuqova Mədinə – Sabah
  19. Vaysman Yelizaveta – İnter Xacmaz
  20. Oskina Aida – Gömrükçü

U-17 yığmamız seçmə mərhələ çərçivəsində Lüksemburq, Xorvatiya və Malta ilə qarşılaşacaq. Bu qrupun oyunları 2-8 oktyabr aralığında Xorvatiyada təşkil olunacaq.

Azərbaycan millisinin oyunlarının təqvimini nəzərinizə çatdırırıq. Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib:

Azərbaycan – Lüksemburq
Baş hakim: Eirini Pingiu (Yunanıstan).
Baş hakimin köməkçiləri: Vasilia Tsiklitari (Yunanıstan), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
2 oktyabr. NK Lucko stadionu (Zaqreb). Saat 17:30.

Xorvatiya – Azərbaycan
Baş hakim: Jana Van Laere (Belçika).
Baş hakimin köməkçiləri: Melissa Lejear (Belçika), Ana Çobotaru (Moldova).
Dördüncü hakim: Yelena Qobjila (Moldova).
5 oktyabr. Branko Caclovic Cavlek (Karlovats). Saat 14:00.

Malta – Azərbaycan
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Çobotaru (Moldova), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
8 oktyabr. “NK Lucko” stadionu (Zaqreb). Saat 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: