Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Tovuzda keçiriləcək. Burada yerli “Turan Tovuz”la “Neftçi” komandaları üz-üzə gələcəklər. İndiyə qədər cəmi 4 dəfə qarşılaşmış bu komandaların duellərində “Neftçi” 2, “Turan Tovuz” 1 dəfə qalib gəlib, digər oyun heç-heçə yekunlaşıb. Bu komandaların oyunlarında daha bir maraqlı məqam qol vuran komandanın qələbə qazanmasıdır.
Günün digər qarşılaşması isə mövsümün ən uğrulu komandalarından olan “Səbail”lə uğursuzluq zolağında olan “Sabah” arasında baş tutacaq. “Dənizçilər” 13 xalla 3-cü sırada qərarlaşdıqları halda, “bayquşlar” 5 xalla 8-cidirlər. “Səbail”lə “Sabah” buna qədər 19 oyunda üz-üzə gəliblər. “Səbail”in 6, “Sabah”ın 9 qələbəsi var, 4 görüş heç-heçə bitib. Son üç görüşdə ən azı 2 qol vurulub. “Sabah” son 4 səfərdən qolsuz ayrılmayıb.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək. “Kəpəz” “Qəbələ”ni, “Araz-Naxçıvan” isə “Zirə”ni qəbul edəcək.
Premyer Liqa
8-ci tur
29 sentyabr
“Qarabağ” – “Sumqayıt” 5:0
Qollar: Olavio Juninyo, 22; 27. Toral Bayramov, 42-pen. Leandro Andrade, 44. Abdullah Zubir, 50.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”, 20:00.
30 sentyabr
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 18:00.
1 oktyabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 18:30.


