Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün baş tutan ilk oyunda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni sınağa çəkib.
Qarşılaşmanın taleyini bir qol həll edib. Paytaxt təmsilçisi son dəqiqələrdə vurduğu yeganə qol sayəsində Tovuz səfərindən 1 xalla dönüb.
Günün digər matçı “Səbail”lə “Sabah” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəlib. “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” oyunları isə sabah baş tutacaq.
Premyer Liqa
8-ci tur
30 sentyabr
“Turan Tovuz” – “Neftçi” 1:0
Qol: Aaron Olanare, 87.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev.
Tovuz şəhər stadionu, 16:00.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdes, 25. Aaron Olanare.
Baş məşqçi: Adrian Mutu.


