Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Füzuli” – “Şəfa” oyununda meydan sahibi komanda qələbə qazanıb.
“Kürmük Qax”ın qonağı olan “Qusar” inamlı qələbəyə sevinib. Qusarın digər təmsilçisi – “Şahdağ Qusar” isə səfərdə “Şəki Siti”yə 5 cavabsız qolla qalib gəlib.
Yeddi qolun qeydə alındığı “Göygöl” – “Dinamo” matçında da meydan sahibləri qələbə qazanıblar.
İkinci Liqa
5-ci tur
2 oktyabr
“Cəbrayıl” – “Kür-Araz” 1:0
Qol: Baxşəli Baxşəliyev, 32.
Hakimlər: Tural Qurbanov, Orxan İbişov, Mirnihad Seyidov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şəmkir” – “Ağdaş” 3:2
Qollar: Elgün Namazov, 1. Tural Vəlizadə, 20-pen. Ülfan Hüseynov, 44 – Zamiq Abubəkirov, 40-pen. Xəzər Məmmədov, 66.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Baxşıyev, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şəmkir OİK stadionu, 14:00.
“Lerik” – “Baku Sportinq” 0:2
Qollar: Röyal Nəcəfov, 32. Elgün Abbaslı, 78.
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, RasimAxundov, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lənkəran OİK stadionu, 15:00.
3 oktyabr
“Füzuli” – “Şəfa” 2:1
Qollar: Rəvan Abbasov, 1. Loğman Əliyev, 43-öz qapısına – İbrahim İsmayılov, 29.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 13:00.
“Kürmük Qax” – “Qusar” 1:3
Qollar: Kazbek Qafarov, 90+3-öz qapısına – Aslan Hüseynov, 5. Şahmar Sədiyev, 16. Sərxan Ağayev, 39.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ağadur Mahmudov, Ruslan Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qax OİK stadionu, 14:30.
“Şəki Siti” – “Şahdağ Qusar” 0:5
Qollar: Tural Qürbətov, 7. Salman Atluxanov, 12. Afin Bağırov, 17. Mehdi Rəsulov, 72. İlqar Hüseynov, 75.
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu, 15:00.
“Göygöl” – “Dinamo” 4:3
Qollar: Vüsal Mehdiyev, 4. Fərid Məmmədov, 35. Kərim Vəliyev, 89. Ülvi Cəfərov, 90+4 – Yusif Cəfərov, 53. Elmin Əsgərli, 57; 61.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl OİK stadionu, 15:00.



