AÇ-2024: Azərbaycan millisi Maltaya da böyük hesabla uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası formatında təşkil olunan bu seçmə mərhələdəki üçüncü və sonuncu oyununda Malta seçməsi ilə qarşılaşıb.

Xorvatiyada təşkil olunan matç yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki ilk oyunda Lüksemburqa 0:1 hesabıyla məğlub olmuşdu. Xorvatiya yığması ilə ikinci oyun isə daha birabırçı məğlubiyyətlə başa çatmışdı – 0:8.

AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
8 oktyabr

Malta – Azərbaycan 4:1
Qollar: Kaysia Mikallef, 26. Lexine Faruccia, 47; 52. Sara Saliba, 64 – Xanım Əsədova, 4.
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Çobotaru (Moldova), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
“NK Lucko” stadionu (Zaqreb). Saat 14:00.

Malta: 1. Erik Muskat, 3. İlona Abela (4. Aisha Micallef, 46), 5. Francesca Bartolo, 6. Ema Mikallef, 7. Lexine Farrucia (k), 8. Amelia Vassallo (20. Lisa Kallexa, 79), 10. Nyorah Çeleste (9. Sara Saliba, 46), 11. Kaysia Mikallef, 13. Thea İda Skikluna (14. Leanne Frendo, 79), 15. Ylenia Azzopardi, 18. Maia Qauçi (17. Stella Çeçilla Frankalanza, 71)
Ehtiyat oyunçular: 12. Maya Muskat, 2. Amber Qalea, 16. Nilayza Attard, 19. Suzanne Farrucia Sakko.
Baş məşqçi: Vinçe Qalea.

Azərbaycan: 1. Nərgiz Əliyeva (12. Firuzə Bayramova, 57), 2. Məsumə Nəzərli (k), 4. Arzu Cəfərova, 5. Aygün Novruzova, 6. Adelina Ağayeva, 7. Pərişan Abdullayeva, 8. Ləman Əliyeva (17. Natella Məmmədova, 46 / 19. Ella Əmirova, 57), 9. Vahidə Əlipaşayeva, 10. Ülviyyə İslamova, 16. Xanım Əsədova, 20. Bədriyyə Mavludova.
Ehtiyat oyunçular: 3. Günay Sultanlı, 11. Səma Əsədova, 13. Arzu Ağalıyeva, 14. Yelizaveta Vaysman, 15. Mədinə Juruqova, 18. Aida Oksina.
Baş məşqçi: Nərgiz Qurbanova.

Xəbəri sosial şəbəkələrdə paylaş: