17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələ oyunları üçün ilkin heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Serbiya, Sloveniya və Lüksemburqla birgə 4-cü qrupda yer alıb. Bu qrupun oyunları Serbiyada təşkil olunacaq.
U-17 millimiz seçmə mərhələyə hazırlıq məqəsilə oktyabrın 9-dan 11-nə qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Məhz Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.
Yığmamızın baş məşqçisi Füzuli Məmmədov qarşıdakı toplanışa 24 futbolçu dəvət edib. Hazırlıq prosesinə dəvət almış futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
- Ayxan Abbaszadə – Turan Tovuz
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Əlizadə – Sabah
- Məsud Əlişanlı – EFA
- Əhməd Tarverdiyev – Sabah
- Səmid Əhmədov – Qəbələ
- Əli Nəbizadə – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Tuncay Əhmədov – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ömər Kərimov – Qəbələ
- Əmir Əliyev – Sabah
- Babamirzə Mehdiyev – Sabah
- Elton Babazadə – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Emin Feyzullayev – Sabah
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Hikmət Cəbrayilzadə – Qarabağ
- Amid Qasımov – Qarabağ
- Ümid Səlimov – Sabah
- Röyal Fərzullazadə – Neftçi
- Həbib Qədimov – Qarabağ
Millimizin oyunlarının təqvimi isə belədir:
21 oktyabr
Saat 19:00. Serbiya – Azərbaycan
24 oktyabr
Saat 14:00. Sloveniya – Azərbaycan
27 oktyabr
Saat 16:00. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


