İkinci Liqa: “Göygöl” “Şəfa”ya səfərdə qalib gəldi – Video

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 6-cı turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Şəfa” “Göygöl”ü qəbul edib. Üç qolun qeydə alındığı oyun qonaq komandanın qələbəsiylə yekunlaşıb.

İkinci Liqa
6-cı tur
9 oktyabr

“Baku Sportinq” – “Şəmkir” 7:0
Qollar: Comərd Baxşəliyev, 5. Röyal Nəcəfov, 19. Ülvi Quliyev, 25; 54; 63; 67. Aqşin Paşayev, 74.
Hakimlər: Kamil Aydınov, Zakir Şükürzadə, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

“Şahdağ Qusar” – “Kür-Araz” 0:1
Qol: Museyib Vəlizadə, 20.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı OİK stadionu, 15:00.

“Şəki Siti” – “Lerik” 1:0
Qol: Ravil Yusifli, 12.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Ağadur Məmmədov, Vüqar Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şəki şəhər stadionu, 16:00.

10 oktyabr

“Qusar” – “Cəbrayıl” 4:2
Qollar: Firudin Ağalarov, 45+2. Orxan Qurbanlı, 49. Vüsal Hüseynov, 68. Kazbək Qafarov, 75 – Nurlan Quliyev, 69. Mehman Süleymanlı, 83.
Hakimlər: Rövşən Rəcəbov, Sənan Atayev, Aydın Baxşıyev, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Dinamo” – “Kürmük Qax” 3:0
Qollar: Valeh Seyidov, 17. Elmin Əskərli, 49. Şahin Əliyev, 56.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Ağdaş” – “Füzuli” 0:0
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Oruc Həsənov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 15:00.

11 oktyabr

“Şəfa” – “Göygöl” 1:2
Qollar: Möhsün Tapdıqov, 90+1-öz qapısına – Ülvi Cəlilov, 64; 74-pen.
Hakimlər: Fərid Hacıyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: