“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək – Rəsmi

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Gəncə klubunun rəsmi müraciəti, “Turan Tovuz”un razılıq məktubunu nəzərə alan PFL “Kəpəz”in Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib.

Tərəflərin razılığı ilə “Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək. Bu klubun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası
10-cu tur
21 oktyabr

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 15:00.

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: