U-17 yığmamızdan “Qaradağ Lökbatan”la heç-heçə

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov 17 yaşlıları Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan”la oyunda sınaqdan keçirib.

Oyun 0:0 hesabı ilə nəticələnib.

Xatırladaq ki, Azərbaycan U-17 millisi qarşıdakı Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Bu məqsədlə yığmamız oktyabrın 9-dan Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Serbiya, Sloveniya və Lüksemburqla birgə 4-cü qrupda yer alıb. Bu qrupun oyunları Serbiyada təşkil olunacaq. Məhz Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

Yığmamızın baş məşqçisi Füzuli Məmmədov qarşıdakı toplanışa 24 futbolçu dəvət edib. Onların siyahısını diqqətinizə çatdırırıq:

Ayxan Abbaszadə – Turan Tovuz
Həbib Hüşənov – Qəbələ
Ayxan Əlizadə – Sabah
Məsud Əlişanlı – EFA
Əhməd Tarverdiyev – Sabah
Səmid Əhmədov – Qəbələ
Əli Nəbizadə – Neftçi
Vüsal Paşayev – Sumqayıt
Nadir Orucov – Sumqayıt
Rəşad Alışov – Sabah
Tuncay Əhmədov – Sabah
Əkbər Məhərrəmov – Sabah
Ömər Kərimov – Qəbələ
Əmir Əliyev – Sabah
Babamirzə Mehdiyev – Sabah
Elton Babazadə – Qarabağ
Ziya Şəkərxanov – Qəbələ
Emin Feyzullayev – Sabah
Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
Hikmət Cəbrayilzadə – Qarabağ
Amid Qasımov – Qarabağ
Ümid Səlimov – Sabah
Röyal Fərzullazadə – Neftçi
Həbib Qədimov – Qarabağ

Millimizin oyunlarının təqvimi isə belədir:

21 oktyabr
Saat 19:00. Serbiya – Azərbaycan

24 oktyabr
Saat 14:00. Sloveniya – Azərbaycan

27 oktyabr
Saat 16:00. Azərbaycan – Lüksemburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: