Azərbaycan millisi “Qızıl əlcək” turnirinə 4 boksçu ilə yollandı

Sabah – oktyabrın 18-də Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə start veriləcək.

Arena.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək”də Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqesə (86 kq) şans verəcək.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komandamız oktyabrın 22-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışın püşkü oktyabrın 17-də atılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: