Bu gün AFFA-nın inzibati binasında “AFFA Region Liqası”nın 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov iştirak ediblər.
Qeyd edək ki, AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək – Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub.
Püşkün nəticəsinə uyğun olaraq, 1-ci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan” FK – “Gənclər” PFM
“İrəvan” İK – “Record Club”
“Ramana” (Abşeron) – “Mübariz” FA
“Xanlıq” FK (Qubadlı) – “City Baku”
“Gənclik” İK ilk turda istirahət edəcək.
B qrupu
“Cürət FK” – “Lokomotiv Baku”
“Şimal” FK (Xaçmaz) – ŞKGB (Xaçmaz)
İCBFA – “Hypers” FK
“Şirvanovka” FK – “Dirçəliş” FK
Şimal-Qərb və Qərb zonası
“Ağstafa Gəncləri” – “Qarxun” FK (Yevlax)
“Balakən” FK – VT “Gəncə”
“Şəki” FK – “Göyəzən” PFK
“Qala” FK (Goranboy) – “Bərdə” FK
Cənub zonası
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK – “Ərkivan” (Masallı)
“Neftçala” FK – “Zəfər 44” (Cəlilabad)
“Biləsuvar” FK ilk turda istirahət edəcək.
Mərkəz zonası
“Ərgünəş” FK – “İsmayıllı” FK
“Araz” FK (İmişli) – “Göyçay” FK
“Hacıqabul” FK – “Mil” FK (Beyləqan)
“Ağcabədi” FK – “Ümid” FK (Saatlı)






