Karlos Teves huşunu itirib yerə dəydi, xəstəxanalıq oldu

Argentina yığmasının məşhur sabiq hücumçusu, hazırda “İndependyente”ni çalışdıran Karlos Teves huşunu itirərək yıxılıb.

Arena.az “Ole” dərgisinə istinadən məlumat verir ki, bayılan zaman Tevez müvazinətini itirərək döşəməyə tir-tap olub və sol göz qaşı üzərində çapıq yarası alıb.

Xoşbəxtlikdən evdə olan qızı atasını təcili surətdə xəstəxanaya, həkim nəzarətinə çatdıra bilib. Həkimlər karıxmış Karlosu sakitləşdirərək çapılmış qaşı üzərindən tikişlər vurublar. Toxtamış, səhhəti sabitləşmiş Teves bir müddət sonra evə buraxılıb.

Ötənlərin məşhur futbolçusunun səhhətində hansı fəsadların olması haqda təfərrüata varılmır. Sağlamlığı ilə bağlı aşadığı xoşagəlməz hadisəyə rəğmən, Tevez çalışdırdığı “İndependyente”ni milli çempionatın son turu çərçivəsində “Barrakas Sentral”a qarşı oyuna çıxararaq, 3:0 hesablı qələbə qazandırıb.

Xatırladaq ki, Tevesin adı futbolçu karyerası ərzində daha çox “Boka Xuniors” və “Mançester Siti”də çıxışları ilə xatırlanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: