Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ikinci dövrənin ilk turunun ilk oyunu Tovuzda keçirilib.
Burada yerli “Turan Tovuz” son çempion “Qarabağ”la üz-üzə gəlib. Ağdam klubu indiyə qədər xal belə vermədiyi bu rəqibinə növbəti dəfə qalib gəlməyi hədəfləmişdi. Tovuz təmsilçisi isə doğma azarkeşlərinin gözü önündə ölkə futbolunun son illərdəki nəhəngi ilə duellərdəki uğursuz gedişata son qoymağa çalışıb.
Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. “Qarabağ” iki dəfə hesabda önə keçsə də, hər iki halda tovuzlular bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, “Turan Tovuz” tarixində ilk dəfə “Qarabağ”dan xal alıb.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Turan Tovuz” – “Qarabağ” 2:2
Qollar: Otto Con, 46. Ayxan Hüseynov, 90+4 – Olavio Juninyo, 7. Leandro Andrade, 90.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.


