17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, U-17 yığmamızın yer aldığı 4-cü qrupun oyunları Serbiyada keçirilir.
Füzuli Məmmədovun rəhbərlik etdiyi komandamız ilk sınağında məhz meydan sahibləri ilə qarşılaşıb. Altı qolluq görüşdə millimiz böyük hesabla məğlub olub.
Qrupun digər oyununda Sloveniya və Lüksemburq yığmaları heç-heçəyə razılaşıblar – 1:1.
Azərbaycan millisi növbəti matçını oktyabrın 24-də Sloveniyaya qarşı keçirəcək.
AÇ-2024-ün seçmə mərhələsi
4-cü qrup
21 oktyabr
Serbiya – Azərbaycan 5:1
Qollar: Corce Rankoviç, 4. Stefan Mladenoviç, 26; 29. Boqdan Kostiç, 59-pen. Eldin Bayramoviç, 87 – İqor Bubanya, 11-öz qapısına.
Baş hakim: Joni Hyytia (Finlandiya).
Baş hakimin köməkçiləri: Juuso Mantere (Finlandiya), Oleksandr Berkut (Ukrayna).
Dördüncü hakim: Oleksii Derevinskyi (Ukrayna).
Stara Pazova. Saat 19:00.
Serbiya: 1. Vukaşin Yovanoviç, 3. Adem Avdiç, 4. Vuk Roqanoviç (15. Miyat İvanoviç, 69), 5. Viktor Stoyanoviç (k), 6. Andrey Baçanin, 7. İqor Bubanya (2. Oqnyen Mişiç, 79), 8. Stefan Mladenoviç, 9. Boqdan Kostiç, 10. Aleksa Vasiliç (17. Eldin Bayramoviç, 64), 11. Uroş Dordeviç (19. Oqnyen Bondjuliç, 79), 14. Corce Rankoviç (16. Duşan Makeviç, 64).
Ehtiyat oyunçular: 12. Vladan Çarapiç, 13. Mihailo Radiç, 18. İliya Dadiç, 20. Nikola Viriyeviç.
Baş məşqçi: Yovan Damyanoviç
Azərbaycan: 1. Həbib Hüşənov (k), 2. Tuncay Əhmədov, 4. Nadir Orucov, 7. Əkbər Məhərrəmov, 10. Babamirzə Mehdiyev (6. Elton Babazadə, 75), 14. Ömər Kərimov (9. Amid Qasımov, 75), 17. Ziya Şəkərxanov (19. Səmid Əhmədov, 37), 18. Ümid Səlimov (5. Əli Nəbizadə, 30), 20. Həsən Nəzərli, 21. Hikmət Cəbrayılzadə (11. Röyal Fərzullazadə, 46), 23. Rəşad Alışov.
Ehtiyat oyunçular: 22. Ayxan Əlizadə, 3. Vüsal Paşayev, 8. Emin Feyzullayev, 13. Ömər Nəsibov.
Baş məşqçi: Füzuli Məmmədov.


