AÇ-2024: U-17 millimiz Sloveniyaya da böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, U-17 yığmamızın yer aldığı 4-cü qrupun oyunları Serbiyada keçirilir.

Füzuli Məmmədovun rəhbərlik etdiyi komandamız ikinci sınağında Sloveniya yığması ilə qarşılaşıb və yenə darmadağına üzülüb.

Xatırladaq ki, millimiz ilk sınağında meydan sahibi Serbiya yığması ilə qarşılaşmış və 1:5 hesabıyla uduzmuşdu.

Qrupun digər oyununda bu gün Serbiya və Lüksemburq yığmaları üz-üzə gələcəklər.

Azərbaycan millisi növbəti matçını oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.

AÇ-2024-ün seçmə mərhələsi
4-cü qrup
24 oktyabr

Sloveniya – Azərbaycan 3:0
Qollar: Mateo Açimoviç, 24. Davit Peyiçiç, 39-pen. Svit Hoçevar, 61.
Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Daniel Vasilevski (Şimali Makedoniya), Boşko Bozoviç (Serbiya).
Dördüncü hakim: Andrija Stoyanovic (Serbiya).
Stara Pazova. Saat 14:00.

Sloveniya: 1. Tay Znuderi, 2. Zan Meşko (13. Denis Videnoviç, 46), 3. Zan Petroviç, 4. Mark Kerin, 5. Dominik Drobniç (k), 6. Niko Osterc (16. Yan Yurgec, 46), 7. David Peyiçiç, 8. Neyç Viher (18. Noah Vaysbax, 72), 11. Mateo Asimoviç, 17. Ziqa Peçyak (10. Sven Şunta, 59), 19. Arman Durmişi (9. Svit Hoçevar, 59).
Ehtiyat oyunçular: 12. Neyc Antoniç, 14. Aney Koroşa, 15. Alin Kumer Çelik, 20. Tais Şabotiç.
Baş məşqçi: Aleksandar Radosaviyeviç.

Azərbaycan: 1. Həbib Hüşənov (k), 2. Tuncay Əhmədov, 4. Nadir Orucov (19. Səmid Əhmədov, 90+2), 5. Əli Nəbizadə, 7. Əkbər Məhərrəmov (3. Vüsal Paşayev, 90+2), 10. Babamirzə Mehdiyev (17. Ziya Şəkərxanov, 39), 14. Ömər Kərimov (8. Emin Feyzullayev, 59), 18. Ümid Səlimov, 20. Həsən Nəzərli, 21. Hikmət Cəbrayılzadə (11. Röyal Fərzullazadə, 64), 23. Rəşad Alışov.
Ehtiyat oyunçular: 22. Ayxan Əlizadə, 6. Elton Babazadə, 9. Amid Qasımov, 13. Ömər Nəsibov.
Baş məşqçi: Fizuli Məmmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: