Mladen Krstayiç Bolqarıstan yığmasından qovuldu

Futbol üzrə Bolqarıstan milli komandasının baş məşqçisi Mladen Krstayiç ötən gün tutduğu vəzifədən azad olunub.

Arena.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bolqarıstan Futbol Federasiyasının rəhbərliyi ötən gün baş tutan iclasda millinin baş məşqçisinin köməkçiləriylə birgə istefaya göndərilməsinə qərar verib. Onların müqaviləsinə vaxtından əvvəl xitam verilib. Bolqarıstan millisinin yeni baş məşqçisinin adı noyabrın 1-də açıqlanacaq.

Mladen Krstayiç 2022-ci ilin iyul ayından Bolqarıstan milli komandasına rəhbərlik edirdi. Serbiyalı mütəxəssis bu komandanı bütövlükdə 12 matça çıxarıb. Bolqarlar 49 yaşlı məşqçinin rəhbərliyi altında 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüblər.

Krstayiç daha öncə Serbiya yığmasında, “Baçka Topola” və “Makkabi” (Təl-Əviv) kimi klublarda da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: