AÇ-2024: Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində mübarizə aparacaq.

Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsi UEFA Millətlər Liqası formatında təşkil olunacaq.

Azərbaycan millisi B Liqasının 3-cü qrupunda yarışacaq. Millimiz Kosovo, Sloveniya və Moldova ilə mübarizə aparacaq. Bu qrupun oyunları noyabrın 6-dan 15-nə qədər Sloveniyada təşkil olunacaq.

Artıq Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlər də açıqlanıb. Oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırırıq:

Azərbaycan – Kosovo
Baş hakim: Katerina Usova (Ukrayna).
Baş hakimin köməkçiləri: İrina Çayka (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).
8 noyabr. Breziçe. Saat 15:00.

Sloveniya – Azərbaycan
Baş hakim: Veronika Kovarova (Çexiya).
Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Reyçel Smit (Şimali İrlandiya).
Dördüncü hakim: Luize Tompson (Şimali İrlandiya).
11 noyabr. Çatej. Saat 15:00

Moldova – Azərbaycan
Baş hakim: Luize Tompson (Şimali İrlandiya).
Baş hakimin köməkçiləri: Reyçel Smit (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).
14 noyabr. Breziçe. Saat 15:00.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: