Enrike Sereso: “VAR-ı rədd eləmək lazımdır”

Madid “Atletiko”sunun prezidenti Enrike Sereso IX “Altruizm” Mükafatının təntənəli konsertində VAR sistemini kəskin tənqid edib.

Arena.az az AS dərgisinə istinadən xəbər verir ki, o, VAR-ın tam bir qarışıqlıq olduğunu və bunun aradan qaldırılması gərəkli olduğunu kəskin tərzdə vurğulayıb:

“Əvvəldən lap demişdim ki, VAR bir qarışıqlıqdır. İndi üç problem var: hakim, VAR, VOR, VIR… Mən əlbəttə ki, VAR-ı ləğv edərdim”, deyə Enrike Sereso bildirib.

Xatırladaq ki, İspaniyada 2021/2022 mövsümündən etibarən VAR qərarlarına nəzarət edən və hakimlərlə əlaqə saxlaya biləcək əməliyyat otağı (OR) olduğu barədə məlumatlar yayılıb. Bu, beynəlxalq qaydalara ziddir.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsi (CTA) bu xəbərləri təkzib edib. Sözügedən qurum müvafiq otağın texniki problemlər haqda məlumat vermək üçün lazım olduğunu bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: