Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması Tovuzda baş tutub.
Burada “Turan Tovuz” qərb derbisində “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahibləri üçün uğurlu alınıb. Tovuz təmsilçisi derbidən 4 cavabsız qolla qalib ayrılıb.
Xatırladaq ki, turun açılış matçı olan “Zirə” – “Səbail” oyununda heç-heçə qeydə alınmışdıb – 2:2. “Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Qarabağ” oyunu isə oktyabrın 30-da baş tutacaq.
Premyer Liqa
11-ci tur
28 oktyabr
“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar: Otto Con, 45. Roderik Miller, 54. Sertan Taşkın, 58. Luis Paçu, 67.
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 19:00.
Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov.
Baş məşqçi: Azər Məmmədov.


