Azərbaycan millisi oktyabrın 30-da Belarusda yeniyetmə boksçular arasında start götürəcək açıq Minsk birinciliyinə qatılacaq.
Arena.az xəbər verir ki, 5 gün davam edəcək yarışda ev sahibləri və Azərbaycan millisi ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələrin yığmaları da mübarizə aparacaqlar.
Azərbaycan yığmasının baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bu boksçulara şans verəcəklər:
Fərid Səlimov, Əli Məmmədov (hər ikisi 46 kq)
İsmayıl Rzayev (48 kq)
Məhəmmədəli Məmmədli (50 kq)
Bağır Əmirxanlı, Əli Baxışov (hər ikisi 52 kq)
Sübhan Babayev (54 kq)
Nurlan Abışov (57 kq)
Raul Əsədullayev, Turqay Rəhimli (hər ikisi 60 kq)
Kənan Aslanlı (63 kq)
Rza Rzayev (70 kq)
Əli Məmişov (80 kq)
Məhəmməd Cəfərova (+80 kq)
Yarışda ölkəmizi Nəsrəddin Məmmədov isə hakim kimi təmsil edəcək.


