Kişi boksçulardan ibarət millimizin 4 üzvü Sofiyaya yollandı

Kişi boksçulardan ibarət Azərbaycan yığma komandasının 4 üzvü Bolqarıstana təlim-məşq toplanışına yollanıb.

Arena.az xəbər verir ki, Sofiya şəhərində baş tutacaq hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.

Onlar baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında hazırlıq keçəcəklər. Yığmamızın üzvləri Sofiyada Bolqarıstan və Rumıniya millilərinin üzvləri ilə birgə hazırlaşacaqlar. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Oktyabrın 30-da start götürən hazırlıq noyabrın 10-na qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: