FIFA özünün insan haqları siyasətini pozmaqda ittiham edilir

ABŞ-ın “Human Rights Watch” qeyri-hökumət təşkilatı FIFA-nı öz insan haqları siyasətinə əməl etməməkdə ittiham edir.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, “Human Rights Watch” Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə iddialı olmasını əsas gətirərək FIFA-ya qarşı mövqe tutub.

Təşkilatın Səudiyyə Ərəbistanında insan haqlarını şübhə altına aldığı və ölkədə xüsusilə qadınların sıxışdırıldığına diqqət çəkdiyi bildirilir. Halbuki, FIFA qaydalarına görə, dünya çempionatına ev sahibliyi edən ölkədə insan haqlarına hörmət yüksək səviyyədə olmalıdır.

Vurğulanır ki, cari ilin fevralında qurum, dünya çempionatının keçiriləcəyi növbəti ölkə seçilərkən müvafiq yoxlamanın aparılıb-aparılmaması ilə bağlı ətraflı məlumat almaq üçün FIFA ilə əlaqə saxlayıb. Amma dünyanın ən ali futbol qurumunun nümayəndələri müvafiq müraciəti cavablamayıblar.

Xatırladaq ki, bu gün, oktyabrın 31-də Avstraliyanın DÇ-2034-ə ev sahibliyi etmək üçün müraciət etməyəcəyi məlum olub. Beləliklə, Səudiyyə Ərəbistanı gələcək turnirə ev sahibliyi etmək üçün müraciət etmiş yeganə ölkədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: