Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 11-ci turu çərçivəsində “Kukesi” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Vüsal bu matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu bu dəfə meydanı qolsuz tərk edib.
“Eqnatiya” 11 turdan sonra 23 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 13 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


