Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün “Zəfər turu” adı verilən 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Səbail” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. “Bayıl Arena”da baş tutan oyunda hesabı qonaqlar açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran meydan sahibləri əzmkar qələbəyə seviniblər.
12-ci turun “Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. Sonuncu oyun günündə isə “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” matçları baş tutacaq.
Premyer Liqa
12-ci tur
3 noyabr
“Səbail” – “Turan Tovuz” 2:1
Qollar: Rüfət Abdullazadə, 46. Aleksandr Ramalinqom, 78-pen. – Otto Con, 26.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Bakı. “Bayıl Arena”, 19:00.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.


