“Arsenal” ispan baş məşqçisi Mikel Arteta Premyer Liqanın 11-ci turunda “Nyukasl”la oyundan (0:1) sonra, vurulmuş qolla bağlı şərh verib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan mütəxəssis komandasının məğlubiyyətinə səbəb olmuş belə bir qola görə xəcalət çəkdiyini ifadə edib:
“Oyunçuları bu stadionda bu rəqibə qarşı oynadıqları və mübarizə apardıqları üçün təriflədim. Nəticə müxtəlif səbəblərdən fərqli olmalı idi. Əgər elə, hansısa komanda qalib gəlmək istəyirdisə, bu, “Arsenal” idi.
Baş verənlərdən, dünyanın ən yaxşısı dediyimiz liqada belə bir qolun ləğv edilməməsindən xəcalət çəkirəm. Mən 20 ildir bu ölkədəyəm, indi utanıram. Bu, utancvericidir.
Ortaya həddən artıq çox şey qoyulub. Biz hər həftə ən yüksək səviyyədə çıxış edərək inanılmaz işlər görməyə çalışırıq.
Biz kifayət qədər yaxşı olmadıqda, mən məsuliyyət daşıyıram. Amma bu gün baş verənlər bu liqada olması gərək olan səviyyədə deyil. Çünki burada şiddətli mübarizə gedir.
Mən utanıram ki, bununla əlaqəm var”, deyə Mikel Arteta bildirib.
Xatırladaq ki, “Nyukasl”ın vurduğu qol həddən artıq mübahisəli məqamların müşayiəti mənzərəsində və VAR-ın qərarı ilə qeydə alınıb. VAR 3 dəqiqədən çox qol vurulmuş qolla bağlı təhlil aparıb və 4 məqam üzrə araşdırmasından sonra “Nyukasl”ın vurduğu qolu hesaba alıb:
- Topun meydanı tərk etdiyi məqam;
- Joelinton tərəfindən Qabrielə qarşı kobudluq məqamı;
- Joelintonun əllə oyun məqamı;
- Qordonun oyundankənar vəziyyətdə olduğu məqam.
VAR qolu ləğv etmək üçün heç bir aydın səbəb tapmayıb və bu qol oyunda həlledici olub.
Vurğulayaq ki, ümumilikdə oyun mübahisəli məqamların çoxluğu və hakimliklə bağlı narazılıq mənzərəsində keçib.
“Arsenal” bəyanat yaydı
Bu arada, “Arsenal” komandanın baş məşqçisi Mikel Artetanı qol məsələsində, həmçinin hakimliklə bağlı tənqidi mövqeyini dəstəkləyib. “Topçular” bu barədə rəsmi bəyanatla çıxış ediblər:
“Arsenal” Futbol Klubu Şənbə günü axşam daha qəbuledilməz hakimlik və VAR səhvlərindən sonra Mikel Artetanın oyundan sonrakı şərhlərini ürəkdən dəstəkləyir. Biz həmçinin “Sent-Ceyms Park”da oyunçularımızın və azarkeşlərimizin böyük səylərini və səmərəsini qeyd etmək istərdik.
Premyer Liqa özünün ən yaxşı oyunçuları, məşqçiləri və azarkeşləri ilə dünyanın ən yaxşı liqasıdır, onların hamısı ən yaxşısına layiqdirlər. PGMOL təcili olaraq hakimlik ölçülərinə müraciət etməli və diqqətimizi hamımızı arxa plana keçirməkdən, izahat cəhdlərindən və üzr istəməkdən uzaqlaşdıran fəaliyyətə yönəltməlidir.
Biz baş hakim Hovard Uebin daimi səylərini dəstəkləyirik və liqamızın tələb etdiyi dünya səviyyəli hakimlik ölçülərinə nail olmaq üçün müştrək işə şad olacağıq” – “Arsenal”ın rəsmi saytında bildirilib.


