İkinci Liqanın 10-cu turunun “Şahdağ Qusar” – “Dinamo” oyununda Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, Qusar təmsilçisi qonaqların qapısından 9 cavabsız top keçirib.
Bu, son 7 mövsümdə Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.
Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınmışdı. Təxminən 7 il, yəni 2554 gün əvvəl – 2016-cı il noyabrın 8-də Birinci Divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlmişdi – 10:0.
Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. İkinci Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub etmişdi. Bir komandanın ən azı 9 qol vurması isə sonuncu dəfə 2017/18 mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2” ilə oyunda 9:1 hesabı ilə qalib gəlib.


