“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının “Şaxtyor”la oyununda (0:1) aldığı səfər məğlubiyyətini şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Xavinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Çempionlar Liqası ən yüksək səviyyəli oyun nümayiş etdirməyi tələb edir. Bu gün ən yaxşı oyunumuzu göstərə bilmədik.
Bu oyunu əsəbi şəkildə tərk edirik. Oyunumuz kifayət qədər yaxşı deyildi, gərək olanı kifayət qədər yaxşı həyata keçirə bilmədik. İndi azacıq bərpa olub ən yaxşı formamıza qayıtmalıyıq – təkmilləşməliyik. Nəzərdə tutduğumuz heç bir şey alınmadı, özümüzə qəzəblənirik. Bu, açıq-aşkar uğursuzluqdur.
Mən məşqlərim üzərində çalışmalıyam. Kifayət qədər yaxşı təpgi etmirik, diqqətimizi kifayət qədər cəmləmirik. Amma indi futbolçuların inamını itirməsinin vaxtı deyil. Onu geri qaytarmağın vaxtıdır. Futbolçular inkişaf etməlidirlər”, deyə Xavi bildirib.
Xatırladaq ki, “Barselona” məğlub olsa da, “H” qrupunda 9 xalla liderliyini qoruya bilib. Kataloniyalıları eyni miqdarda xal toplamış təhlükəli rəqib “Portu” təqib edir, 5-ci turda “Barsa” məhz “Portu”nu qonaq edəcək. Qələbə sayəsində “Şaxtyor”a xalını 6-ya yüksəldib və iddiasını sürdürür. “Antverpen” isə xalsızdır, Belçika təmsilçisi aşkar “qapazaltı” mövqeyini təsdiqləyir.


