AÇ-2024: U-19 Millimiz ilk oyunda Kosovoya uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu milli komandamız startda Kosovo yığması ilə üz-üzə gəlib.

Sloveniyada baş tutan oyun yığmamız üçün uğursuz alınıb. Belə ki, futbolçularımız yekunda 0:3 hesablı məğlubiyyətə üzülüblər.

Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinin oyunları UEFA Millətlər Liqası formatında təşkil olunub. Azərbaycan yığması B Liqasının 3-cü qrupunda Kosovo, Sloveniya və Moldova ilə mübarzə aparır. Bu qrupun oyunları noyabrın 6-dan 15-nə qədər Sloveniyada baş tutacaq. Millimiz növbəti matçını ayın 11-də meydan sahiblərinə qarşı keçirəcək. Moldovaya qarşı son oyumumuz isə ayın 14-də baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
8 noyabr

Azərbaycan – Kosovo 0:3
Qollar: Rreze Qaşi, 2; 58. Bardha Qyonbalay, 29-pen.
Baş hakim: Katerina Usova (Ukrayna).
Yan xətt hakimləri: İrina Çayka (Ukrayna), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).

Azərbaycan: 1. Nailə Əliyeva, 2. Mələk Hacıyeva, 3. Aydan Həsənova (5. Fatiməyi Zəhra Hüseynli, 68), 4. Lalə Abbaszadə, 6. Aytac Mirzəyeva (k) (14. Aydan Əkbərova, 90+2), 7. Buse Nur Kocabey (13. Fatimə Əhmədova, 90+2), 8. Səma Həsənli, 9. Şəkər Piriyeva, 10. Röya Əliyeva, 11. Müjgan Seyidova, 17. İntizar Haqverdiyeva.
Ehtiyat oyunçular: 12. Mehriban Şahməmmədova, 22. Güləsər İsmayılova, 16. Aysel Ziyadova, 18. Aysu Murtuzayeva, 19. Fidan Abışova.
Baş məşqçi: Həbib Ağayev.

Kosovo: 1. Raymonda Spahiu (12. Dyelza Mehmeti, 46), 2. Agnesa Aliu, 4. Kreşniki Ramaya, 6. Besyana Zoqay (17. Hulay Verolinda, 46), 8. Bardha Mahmuti, 9. Alba Şabani (15. Şenarta Bela, 79), 10. Olsa Musliu, 11. Rreze Qaşi, 13. Lorita İslami, 18. Eltina Bozhdaray (7. Aurona Racay, 79), 22. Bardha Qyonbalay (K), (14. Sahare Berişa, 79).
Ehtiyat oyunçular: 5. Erblina Salihu, 19. Dielzza Krasniqi, 20. Dorine Qorri.
Baş məşqçi: Albina Rrahmani.

Xəbəri sosial şəbəkələrdə paylaş: