Premyer Liqa: “Sabah” Tovuzda Volkovla sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” “Sabah”ı qəbul edib. Beş qolun qeydə alındığı oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. Cari mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Sabah”ın heyətində hər üç qolu gürcü vinger Davit Volkov vurub.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”ə 0:1 hesabıyla məğlub olmuşdusa, bu gün baş tutan ilk matçda da “Neftçi” “Sumqayıt”a 1:2 hesabıyla uduzmuşdu. “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları isə sabah keçiriləcək.

Premyer Liqa
13-cü tur
11 noyabr

“Turan Tovuz” – “Sabah” 2:3
Qollar: Fərid Nəbiyev, 35-pen. Bruno Qonçalves, 37 – Davit Volkov, 8; 26; 42.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 19:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 7. Boyan Letiç.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: