“Qarabağ”ın daha iki legioneri – Marko Veşoviç və Luka Quqeşaşvili də ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Yankoviç Monteneqro, Quqeşaşvili Gürcüstan yığmasına dəvət olunublar.
Monteneqro millisi AÇ0-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək. Gürcüstan yığması isə noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq.
Yeri gəlmişkən qeyd edək ki, Quqeşaşvili ilə yanaşı, “Sabah”ın hücumçusu Davit Volkov da Gürcüstan millisinə çağırılıb. Bu barədə Gürcüstan Futbol Federiyasının saytı məlumat yayıb. O da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşıdakı oyunlarda iştirak hüququ əldə edəcək. “Sabah”ın daha bir legioneri – Vensan Till də Lüksemburq yığmasına dəvət alıb. Sözügedən komandanı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə ev, Lixtenşteynlə səfər oyunları gözləyir.
Xatırladaq daha öncə “Qarabağ”ın digər legionerlərindən Marko Veşoviçin həmyerlisi Marko Yankoviç də Monteneqro yığmasına dəvət almışdı.
Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar. Kabo Verde yığması da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.
“Qarabağ”ın qapıçısı Andrey Lunyov da Rusiya yığmasına dəvət almışdı. Lakin o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilmiş Almaniya “Bayer”i ilə oyunda zədə aldığı üçün millinin düşərgəsinə gedə bilməyəcək.


