İkinci Liqa: 11-ci turun son günündə 3 oyuna 18 qol!

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Kür-Araz”la qarşılaşan lider “Baku Sportinq” 3 xalı 3 cavabsız qolla qazanıb.

Liderin əsas izləyicisi “Cəbrayıl” da “Şəki Siti” ilə ev oyununda darmadağına sevinib.

10 qolun qeydə alındığı “Göygöl” – “Şəmkir” matçında da meydan sahibləri darmadağınla qalib gəliblər.

İkinci Liqa
11-ci tur
13 noyabr

“Füzuli” – “Şahdağ Qusar” 1:1
Qollar: Haqverdi Həsənov, 66 – Rubin Seyidov, 36.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 13:00.

“Qusar” – “Ağdaş” 3:1
Qollar: Orxan Qurbanlı, 25. Firudin Ağalarov, 32. Aslan Hüseynov, 52 – Xəzər Məmmədov, 60.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Mirnihad Seyidov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Kürmük Qax” – “Lerik” 4:0
Qollar: Büsat Süleymanov, 14. Fuad Osmanlı, 26; 56. Nail Təhməzli, 41.
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qax OİK stadionu, 14:00.

“Dinamo” – “Şəfa” 1:0
Qol: Valeh Seyidov, 73-pen.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Elman Kərimov, Alik Yunusov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:30.

14 noyabr

“Cəbrayıl” – “Şəki Siti” 4:1
Qollar: Baxşəli Baxşəliyev, 66. Elvin Nəsibov, 75. Tapdıq Əhmədov, 77. Mehman Süleymanlı, 88 – Ceyhun Rəcəbli, 18.
Hakimlər: Kamran Əliyev, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Göygöl” – “Şəmkir” 8:2
Qollar: Vüqar Əşrəfli, 4; 7; 40; 69; 76. Fərid Məmmədov, 72-pen. İntiqam Tağıyev, 83. Kərəm Əhmədli, 84-öz qapısına – Elgün Namazov, 23. Ülfət Vəliyev, 58.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Rəhman Aslanov, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Göygöl OİK stadionu, 14:00.

“Kür-Araz” – “Baku Sportinq” 0:3
Qollar: Comərd Baxşəliyev, 16-pen. Hakim Həsənov, 47. Elməddin Hüseynzadə, 80.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı OİK stadionu, 14:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: