Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra İkinci Liqanın 11-ci turunun oyunlarındakı qayda pozuntuları barədə aşağıdakı qərarlar qəbul olunub:
“Füzuli” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Qusar klubu 70 manat cərimə edilib. “Şahdağ Qusar”ın futbolçusu Fərman Qənbərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Qusar klubu buna görə də 50 manat cərimə edilib.
“Qusar” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Qusar klubu 100 manat cərimə edilib.
“Kürmük Qax” – “Lerik” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kürmük Qax” klubu 100 manat cərimə edilib.
“Dinamo” – “Şəfa” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” 70 manat cərimə edilib. “Dinamo”nun futbolçusu İbrahim Bağırov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Dinamo” klubu buna görə 80 manat cərimə edilib.
“Cəbrayıl” – “Şəki Siti” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə Şəki klubu 70 manat cərimə edilib.
“Kür-Araz” – “Baku Sportinq” oyununun fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış “Kür-Araz”ın baş məşqçisinin köməkçisi Üzeyir Sefizadə matç başa çatdıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “Kür-Araz” klubu buna görə 400 manat cərimə ödəyəcək.
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.


