Gürcüstan yığması xal itirdi, Quqeşaşvili və Volkov oynamadı

Futbol üzrə Gürcüstan yığması Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, qonşu ölkənin milli komandası doğma arenasında Şotlandiya yığması ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı məhsuldar görüşdə qalib müəyyənləşməyib – 2:2.

Gürcüstan millisinə dəvət alan “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov bu matçın iştirakçısı olmayıblar. Onlar sonadək ehtiyatda qalıblar.

Gürcüstan yığması hazırda yer aldığı A qrupunda 8 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: