FIFA nəhəng sponsorluq müqaviləsi imzalayacaq

Səudiyyə Ərəbistanının “Aramco” neft şirkəti FIFA-ya 92 milyon avroya qədər vəsait ayırdığı sponsorluq müqaviləsi imzalayacaq.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Tərəflər arasında danışıqlar qabaqcıl mərhələdədir. Müqavilə bağlanarsa, “Aramco” FIFA-nın ən böyük sponsoru olacaq. Təklif olunan müqavilə 2024-cü ilə qədər qüvvədə olacaq və futbol təşkilatı 92 milyon avroya qədər vəsait alacaq. “Aramco” artıq Formula 1 və kriket liqaları ilə də əməkdaşlıq edir.

Bundan əlavə, bu sövdələşmə Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu alacağı xəbəri ilə bağlıdır.

Daha əvvəl isə UEFA rəhbərliyinin portuqal hücumçu Kristiano Ronaldonun oynadığı “Əl-Nəsr” klubunu yüksək populyarlığına görə, Çempionlar Liqasında iştiraka dəvət etməkdə maraqlı olduğu barədə məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: