“Everton” daha 9 xallıq cərimə cəzası ala və belə olacağı halda “irislər”in turnir cədvəlindəki xal ehtiyatı mənfiyə düşə bilər.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Müstəqil komissiya maliyyə fair-pleyi qaydalarını pozduğuna görə “Everton”u Premyer Liqada 10 xaldan məhrum etməməsi ilə bağlı “Börnli”, “Lids” və “Lester”in daha əvvəlki iddiasını təmin edərsə, “Everton” daha 9 Premyer Liqa xalından məhrum ediləcək.
Mənbənin məlumatına görə, ilkin olaraq səlahiyyətli orqan ingilis komandalarının xeyrinə təzminat kimi qeyd olunmuş bir neçə milyon avro məbləği “Everton”dan geri almağa qərar verəcək. Amma Liverpul təmsilçisinin hazırkı sahiblərinin bu təzminatı ödəməyə kifayət qədər vəsaiti yoxdur. Təzminat ödənməzsə, “irislər”in hesabından dərhal 9 xal çıxılacaq.
Xatırladaq ki, daha əvvəl hesabından 10 xal silinmiş “Everton” hazırda 12 tura əsasən 4 xalla Premyer Liqanın turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Klub Premyer Liqanın müvafiq qərarından şikayətçi olacağını da rəsmən bəyan edib.


