Adil Şükürovun köməkçiləri bəlli oldu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Şükürova dörd mütəxəssis yardımçı olacaq. Belə ki, İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev Adil Şükürovun məşqçilər korpusunda yer alıb. Tahirov qapıçı məşqçi, Verdiyev analitik funksiyasını yerinə yetirəcək. Köməkçilərlə iki illik müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: