Premyer Liqa: “Səbail” “Kəpəz”i, “Qəbələ” “Turan Tovuz”u qəbul edir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Səbail” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Bu komandalar bu günə qədər 9 dəfə qarşılaşıblar. Həmin oyunlarda paytaxt klubu 5, Gəncə təmsilçisi 3 dəfə qalib gəlib, 1 oyun da heç-heçə bitib. Son 4 qarşılaşmada qol vuran tərəf qalib gəlib. Evdə uduzmayan “Səbail” bu matçların hamısında qol vurub.

Günün digər matçı “Qəbələ” ilə “Turan Tovuz” arasında baş tutacaq. Tərəflər indiyə qədər cəmi 5 oyunda üz-üzə gəliblər. Həmin oyunlardan 3-ü bərabərliklə bitib və komandalar hərəyə 1 qələbə qazanıblar. Meydan sahibi olan komanda qələbə qazanmayıb. Son üç matçda hər iki komanda qol vurub.

Premyer Liqa
14-cü tur
24 noyabr

“Sabah” – “Qarabağ” 1:2
Qollar: Jesse Sekidika, 64 – Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 61.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 20:00.

25 noyabr

“Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu, 16:00.

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi Arena”, 15:30.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: