Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçı “Qəbələ” ilə “Turan Tovuz” arasında baş tutub.
Tərəflər bu oyuna qədər cəmi 5 qarşılaşmada üz-üzə gəlmişdilər. Həmin oyunlardan 3-ü bərabərliklə bitmişdisə, komandalar hərəyə 1 qələbə qazanmışdılar. Meydan sahibi olan komanda heç vaxt qələbə qazanmamışdı.
Amma Qəbələdəki bu qarşılaşma meydan sahiblərinin möhtəşəm qələbəsiylə yekunlaşıb. Bilel Auaşeriyanın het-trikə imza atdığı matçda “Qəbələ” 4 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, bu turun daha öncə baş tutan oyunlarında “Sabah” “Qarabağ”a 1:2 hesabıyla uduzmuş, “Səbail”lə “Kəpəz”in Bayıldakı görüşü isə qolsuz başa çatmışdı – 0:0. “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları sabah baş tutacaq.
Premyer Liqa
14-cü tur
24 noyabr
“Qəbələ” – “Turan Tovuz” 4:0
Qollar: Bilel Auaşeriya, 42; 49; 85. Samuel Tetteh, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.


