“Karvan” – “Difai Ağsu” 1:0 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Karvan” – “Difai Ağsu” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 noyabr

“Karvan” – “Difai Ağsu” 1:0
Qol: Ruslan Voronsov, 72.
Qırmızı vərəqə: Seymur Rəhimov, 69 (ciddi qayda pozuntusu).
Sarı vərəqələr: Nazim Bağırov, 13 (qeyri-idman hərəkəti). Valeh Qəhrəmanlı, 67 (qeyri-idman hərəkəti). Məqsum Qəmbərli, 69 (hakimin qərarına etiraz). Kamil Hüseynov, 88 (hakimin qərarına etiraz).
Artırılan vaxt: 1-ci hissədə yoxdur, 2-ci hissədə 3 dəqiqə.
Saat 13:30. Yevlax şəhər stadionu. 750 tamaşaçı.

Baş hakim: Rauf Allahverdiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Səbuhi Sultanov.
Dördüncü hakim: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Karvan: 99. Şahin Zəkiyev, 88. Müşfiq Teymurov (k), 19. Ruslan Voronsov, 4. Milad Bayrampur (7. Ceyhun Muxtarlı, 74), 6. Anqenor Qnapi, 17. Ruslan Süleymanov, 3. İzzət Müştaqov, 8. Peter Kinqs, 18. Elvin İsmayılov, 22 Əli Abdullayev, 14. Uensley Ondo.
Ehtiyat oyunçular: 1. Amil Orucov, 12. Tornike Kvaratsxeliya, 11. Elnur Mustafazadə, 2. Əzəmət Ələkbərli, 9. Zaur Fərzəliyev, 5. Əyyub Cabbarov, 20. Cavanşir Cavanşirov.
Baş məşqçi: Kənan Kərimov.

Difai Ağsu: 1. Aleksandr Prikrotsov, 3. Kamil Hüseynov, 11. İlham Allahverdiyev, 99. Məqsum Qənbərli, 19. Rəsul İbrahimov, 13. Nazim Bağırov (55. Mehdi Əliyev, 74), 28. Rəhman Quliyev (77. Fuad Məmmədzadə, 84), 5. Bayram Paşazadə (14. Samir Əliyev, 57), 2. Seymur Rəhimov, 8. Ramin Süleymanov, 11. Valeh Qəhrəmanlı.
Ehtiyat oyunçular: 85. Uğur İbrahimov, 17. Tural Lətifov, 4. Fariz Nəcəfov, 44. Hacı Rüstəmov, 71. Coşqun Əsədzadə.
Məşqçi: Elgiz Kərəmli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: