Adil Şükürov: “İstədiklərimizə hələ tam nail ola bilməmişik”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Baku Sportinq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Çox ağır bir oyun oldu. İlk növbədə çox şükürlər olsun ki, bu mərhələni adladıq. Mən bütün azarkeşlərimizə minnətdarlıq edirəm, bizə sona kimi dəstək verdilər. Bizi tək qoymurlar, hər zaman yanımızdadırlar. Əlavə hissələrə qədər uzanan oyun izlədik. Qol epizodlarımız oldu. Komanda çalışdı ki, daha yaxşı oyun göstərsin. İstədiklərimizə hələ tam nail ola bilməmişik. Bunun üçün vaxt lazımdır. Çalışırıq. Qarşıda “Sabah”la çətin oyunumuz var. İnşallah, uşaqlar həmin vaxta kimi bərpa olunub, oyuna rahat çıxa bilərlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: