“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 2-ci mərhələsində “Kür-Araz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 6:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” ilə oyundan sonra bərpa üçün kifayət qədər vaxtımız olmadı. Buna rəğmən, optimal heyət qurmağa çalışdıq. Birinci hissədə istədiyimiz qol epizodlarını yaratsaq da, realizə edə bilmədik. Bunu fasilədən sonra reallaşdırdıq. Əsasən yerli futbolçulara şans verdik. Amma güclənməyə ehtiyac var. Mümkün olsa, qış fasiləsində bunu edəcəyik”.


