Boks Mərkəzində kişi boksçular arasında təşkil olunmuş Azərbaycan çempionatında ikinci günün döyüşləri keçirilib.
Arena.az xəbər verir ki, 41 komandanın qatıldığı yarışda ötən gün daha 33 görüş baş tutub.
60 kq, 63,5 kq, 67 kq, 75 kq və 80 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Malik Həsənov, Tayfur Əliyev, Nəbi İsgəndərov da yer alıblar. Həmçinin, 1 illik fasilədən sonra yenidən Azərbaycan çempionatında mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev də ilk görüşünü qələbə ilə başa vurub.
Çempionatın üçüncü günündə isə 27 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.
Qeyd edək ki, Azərbaycan çempionatında qaliblər dekabrın 8-də bəlli olacaq.
Azərbaycan çempionatı
1/8 final
60 kq
Maqsud Xasmetov (“Neftçi”) – Sərxan Əhmədov (“Firuz”) – 5:0
Əli Əliyev (BFL) – İkram Şahpalayev (“Səbail”) – birinci tam üstünlüklə qalib gəlib
İdris Hanifayev (Masallı) – Ceyhun Məmmədov (Qusar) – ikinci tam üstünlüklə qalib gəlib
Fuad Tarverdi (“Qızıl əlcək”) – Aslan Quliyev (Z-1) – birinci döyüşə gəlməyib
Ramazan Abdullayev (Balakən) – Nicat Atakişiyev (“Roman”) – birinci qalib gəlib
Elməddin Nurəddinov (“Zərbə”) – Elbrus Adıgözəlov (“Qəbələ”) – ikinci tam üstünlüklə qalib gəlib
Fərid Sadıqov (“Neftçi”) – Eldəniz Baxşıyev (DİN İC) – 5:0
Ülvi Mirzəyev (UGM-13) – Nadir Malikov (METE) – 0:5
63,5 kq
Malik Həsənov (“Neftçi”) – Murad Mirzəbəyov (BFL) – birinci tam üstünlüklə qalib gəlib
Tural Qurbanov (MİK) – Fərid Qasımov (“Qızıl əlcək”) – ikinci tam üstünlüklə qalib gəlib
Ruslan Bayramov (DİN İC) – Muxtar Umayev (Şabran) – 4:1
Ruslan Rüstəmov (BFL) – Kamran Mustafazadə (Naxçıvan) – birinci tam üstünlüklə qalib gəlib
Heybətulla Hacıəliyev (BFL) – Elməddin Ağayev (Şirvan) – birinci tam üstünlüklə qalib gəlib
Cəlal Qurbanov (MİK) – Cəlal Əhmədov (“Qara papaq”) – birinci tam üstünlüklə qalib gəlib
Tayfur Əliyev (MİK) – Seymur Qurbanov (Xaşmaz) – ikinci döyüşə gəlməyib
Kənan Kazımov (“Cənub”) – Tamerlan Əliyev (“Zabit”) – 5:0
67 kq
Nəbi İsgəndərov (“Neftçi”) – Seyidağa Nağıyev (“Qara papaq”) – 5:0
Səid Abdullayev (“Neftçi”) – Tərlan Quluzadə (“Qızıl əlcək”) – 5:0
İlqar Salahov (Qəbələ) – İbrahim Hüseynov (METE) – birinci tam üstünlüklə qalib gəlib
Xəlil Kazımov (Gəncə) – Nurlan Malikov (Sumqayıt) – 4:0
Cavid Çələbiyev (“Qızıl əlcək”) – Rəvan Hüseynzadə (Zaqatala) – birinci qalib gəlib
Nicat Məmmədov (Sabirabad) – Sənan Mehdiyev (Abşeron) – ikinci tam üstünlüklə qalib gəlib
Pərviz Quliyev (Ağcabədi) – Mehdi Həsənov (“Zenit” İK) – 5:0
Şəmsi Şahbazov (MİK) – Nazim Abazarlı (Naxçıvan) – birinci tam üstünlüklə qalib gəlib
75 kq
Rasim Əliyev (“Qızıl əlcək”) – Nicat Qurbanov (Gəncə) – 3:2
Minad Seyidov (ASK) – Novruzəli Quliyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib
Ənvər Babayev (“Təhsil”) – Ruslan Yusifov (Naxçıvan) – birinci tam üstünlüklə qalib gəlib
Rasim Çobanlı (MİK) – Ümid Hüseynli (Z-1) – birinci tam üstünlüklə qalib gəlib
Elnur Süleymanov (“Neftçi”) – Kamran İbrahimov (MİK) – 5:0
İsmayıl Hüseynov (Cəlilabad) – Şamil Fərruxov (“Neftçi”) – 5:0
Fərhad Seyidov (MİK) – Tacı Tağızadə (BFL) – 5:0
Hacımurad Aşurov (“Qara Papaq”) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – ikinci qalib gəlib
80 kq
Cabbar İsmayılov (Sumqayıt) – Qoşqar Niyazizadə (“Qara papaq”) – ikinci döyüşə gəlməyib


