Avropa Liqasında təxirə salınmış oyundan qol səsi çıxmadı

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin əvvəlki turlarından təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Vilyareal”la Hayfa “Makkabi”si arasında baş tutub.

İspaniyada keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Halbuki, “Vilyarreal” qalib gələcəyi halda son tur ərəfəsində yer aldığı qrupun vahid liderinə çevrilə bilərdi. Hazırda F qrupuna Fransanın “Renn” komandası rəhbərlik edir. “Vilyarreal” 10 xalla ikincidir. Yunanıstan təmsilçisi “Panatinaikos” 4, “Makkabi” isə 2 xal toplaya bilib.

Xatırladaq ki, Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları 14-15 dekabrda keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
6 dekabr

“Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: