2024-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq futbol üzrə Amerika Kubokunun püşkü atılıb.
Arena.az xəbər verir ki, ABŞ-ın Mayami şəhərində baş tutan tədbirdə qrupların tərkibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, son çempion Argentina millisi A, digər iddialı komanda Braziliya yığması isə D qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Amerika Kubokunun 16 iştirakçısından yalnız ikisi bəlli deyil. Buna isə 2024-cü ilin martında keçiriləcək pley-off matçları ilə aydınlıq gələcək.
A qrupu: Argentina, Peru, Çili, Kanada/Trinidad Tobaqo
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika/Honduras
Xatırladaq ki, Amerika Kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-nə qədər Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq.



