Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u çətinliklə məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” və “Turan Tovuz” komandaları qarşılaşıblar.

Bakı və Tovuz klublarının “Neftçi Arena”da baş tutan 5 qol qeydə alınıb. Oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

Bu qələbədən sonra “Neftçi” 25 xalla 3-cü pilləyə yüksəlib. “Turan Tovuz” isə 16 xalla 8-cidir.

Xatırladaq ki, 16-cı turun daha öncə keçirilmiş oyunlarında “Sumqayıt” “Qarabağ”a (1:6), “Qəbələ” “Kəpəz”ə (0:3) uduzmuşdu. “Zirə” – “Araz-Naxçıvan” matçı qolsuz bitdiyi halda “Sabah” “Səbail”i 4 cavabsız qolla məğlub etmişdi.

Premyer Liqa
16-cı tur
8 dekabr

“Neftçi” – “Turan Tovuz” 3:2
Qollar: Filip Ozobiç, 5. Rəhman Hacıyev, 56. Aaron Olanare, 73 – Roderik Miller, 8. Otto Con, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
“Neftçi Arena”, 18:00

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: