Aleksandr Şovkovski Kiyev “Dinamo”sunun yeni baş məşqçisi oldu

Bir müddətdir komandanın baş məşqçi vəzifəsinin icraçısı Aleksandr Şovkovski Kiyev “Dinamo”sunun yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Ukrayna klubunun rəsmi saytına istinadən məlumat verir.

48 yaşlı Şovkovski əvvəllər Luçeskunun məşqçilər qərargahının bir üzvü olub və onun köməkçisi çalışıb. Ötən mövsüm Mirça Luçesku səhhətinə görə bir müddət xəstəlik məzuniyyətində olarkən, Aleksandr artıq Kiyev təmsilçisinin məşqçisi kimi fəaliyyət göstərirdi. Emil Karas, Oleq Qusev və Mixail Mixaylov Şovkovskinin məşqçilər qərargahında işləməyə davam edəcəklər. Şovkovski ilə müqavilə 2023/2024 mövsümünün sonuna qədər bağlanıb.

Vurğulayaq ki, Şovkovskinin komandanın müvəqqəti baş məşqçisi təyin olunmasından sonra Kiyev “Dinamo”su Ukrayna çempionatında ardıcıl dörd oyunda qalib gəlib.

Xatırladaq ki, bundan əvvəl, noyabrın 3-də 78 yaşlı rumln mütəxəssis Mirça Luçesku Kiyev “Dinamo”sundan ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı. Bu, Kiyev “Dinamo”sunun “Şaxtyor”a 0:1 hesabı ilə məğlub olduğu oyundan sonra baş vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: