Futbol üzrə İkinci Liqanın “Lerik” – “Dinamo” matçında Azərbaycan çempionatlarının son 5 mövsümünün ən məhsuldar heç-heçəsi qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, İkinci Liqanın 14-cü turunda baş verib.
“Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.
Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/2019 mövsümündə gerçəkləşib. Həmin vaxt Birinci Divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. 2019-cu il fevralın 15-də keçirilmiş qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə 5 qol vurmuşdular. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.


