Azərbaycan Kubokunda sonuncu 1/4 finalçı “Neftçi” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, günün və mərhələnin sonuncu oyunu Bakıda baş tutub.

“Neftçi” Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Rəqibini böyük hesabla məğlub edən Premyer Liqa təmsilçisi sonuncu 1/4 finalçı olub.

Xatırladaq ki, daha öncə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” da Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmışdı.

Azərbaycan kuboku
1/8 final
21 dekabr

“Neftçi” – “Qaradağ Lökbatan” 4:0
Qollar: Aaron Olanare, 23-pen. Murad Qayalı, 72-öz qapısına. Yeqor Boqomolski, 77. Andre Şinyaşiki, 81.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
Bakı. “Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Məşqçi: Alin-Nicolae Çita.

Qaradağ Lökbatan: 25. Əmrah Zülfüqarlı, 8. Ürfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 7. Sultan Mustafayev, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov.
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 77. Sərxan Abdullayev, 88. Tunar Mütəlimov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov.
Baş məşqçi: Azər Həşimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: