Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, 2023-cü ilin sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
Burada “Turan Tovuz”la “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Əslində, dünən təşkil olunmuş bu oyun Tovuz şəhərə stadionunun işıq dirəklərindən birinini güclü küləyin təsiri nəticəsində aşması səbəbindən yarıda qalmışdı. Bu gün sözügedən matç qaldığı dəqiqədən (81) davam etdirilib. Yekunda daha bir qol vuran Tovuz təmsilçisi ili inamlı qələbə ilə başa vurub.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Sabah”a 1:0 hesabıyla qalib gəlmişdi. “Sumqayıt” isə ötən gün “Səbail”i oxşar hesabla üstələmişdi. Turun son matçları (“Neftçi” – “Kəpəz”, “Zirə” – “Qarabağ”) bu gün keçiriləcək.
Premyer Liqa
18-ci tur
23 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan” 3:1
Qollar: Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16. Ayxan Hüseynov, 89 – İsmail Azzaui, 58-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Tovuz şəhər stadionu. 16:00.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.


