2023/2024 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Antalyada ilk yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniyanın “Voluntari” klubu ilə matçda sınayıb.
Əslində bu komandalar ötən gün üz-üzə gəlməli idilər. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşma bu günə təxirə salınmışdı. Tovuz təmsilçisi rumınlarla görüşə aşağıdakı heyətlə çıxıb: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (k), 6. Bruno Qonçalves, 7. Paçu Lira, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 14. Slavik Alxasov, 15. Emmanuel Hakman, 80. Otto Con, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 39. Sadiq Quliyev, 4. Şəhriyar Əliyev, 25. Denis Marandiç, 79. Martin Petkov, 9. Belaydi Pusi, 77. Fərid Nəbiyev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 57. Cavid Qasımov.
Baş məşqçi: Ayxan Abbasov.
Matç Tovuz klubu üçün uğursuz alınıb. Belə ki, qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Sözügedən komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.


